Fil Barantini

Fil Barantini

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Filip Barantini 13 iyul 1980-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olub. 12 yaşında olanda Mançester şəhərinin “Qranada” kinostudiyasına ekskursiyada iştirak edib. Həmin andan etibarən kino karyerası qurmağı qarşısına məqsəd qoyub. Məktəbi bitirdikdən sonra 16 yaşlı Filip Liverpulun mərkəzində paltar dükanında işə düzəlib. Paralel olaraq bir neçə televiziya filmi və teatr tamaşası üçün dinləmələrdə iştirak edib. Nəticədə BBC-nin “Böyük Pişik” adlı teledramında 15 yaşlı Devid Morrisey rolunu qazanıb. 17 yaşında Sky One telekanalının “Arzuların komandası” serialında Bili Onil rolunu oynayıb. Müəyyən qədər populyarlaşmasından sonra daimi ünvanını Liverpuldan paytaxt Londona dəyişib. İki il yarım sonra “futbolçu butsilərini hərbi çəkmələrə” dəyişərək HBO telekanalının Stiven Spilberq və Tom Henks tərəfindən çəkilmiş “Silah Qardaşları” (Band Of Brother) mini-serialında “Arıq Ueyn” adlı əsgər roluna çəkilib. Daha sonra növbəti beş ayı Avstraliyada keçirib, belə ki, Universal Pictures kinoşirkətinin “Ned Kelli” bioqrafik kəskin süjetli dramında baş rollardan birinə çəkilib. Çəkiliş pavilyonunda tərəf-müqabilləri Hizer Ledcer, Naomi Uotts, Orlando Blum, Ceffri Raş kimi məşhurlar olub. 2014-cü ildə özünü prodüser və rejissor kürsüsündə sınamağa qərar verib. Həmin vaxtdan bəri 3 filmə prodüserlik edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0053028/bio?ref_=nm_ov_bio_sm

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç