Nikki Rid

Nikki Rid

Aktrisa, prodüser

BİOQRAFİYA

Nikol Hyüston (Nikki) Rid 17 may 1988-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Anası Şeril Hyüston kosmetoloq, atası Set Rid rəssam-dekoratordur. Nikkinin Natan Avqust Rid adlı böyük və Coui adlı kiçik qardaşı var. Atası yəhudi, anası çeroki və italyan kökənlidir. Rid uşaqlıq həyatının ağır keçdiyini bildirib. Valideynləri 2 yaşında olanda ayrılıb. Anası onu təkbaşına böyüdüb. Uşaqlıqda utancaq və fağır qız olub. Ancaq keçid dövründə, xüsusilə 13 yaşından sonra nadinc qıza çevrilib. Siqaret çəkməyə başlayıb, narkotik vasitələrə meyl salıb. Xarakterinin dəyişməsi ilə əlaqədar anası ilə də münasibətləri korlanıb. 2002-ci ildə Ridin 14 yaşı olanda anasını tərk edib və Los-Ancelesdə mənzil kirayələyərək müstəqil şəkildə yaşamağa başlayıb. “13” filminin uğurundan sonra “Alexander Hamilton High School” məktəbinə qayıdıb. Lakin 1 ildən sonra yenidən təhsilini yarımçıq qoyub. Orta təhsil haqqında attestatı ev təhsili sayəsində əldə edib. 2009-cu ildə Nikki Rid rusiyalı aktyor Pavel Priluçnı ilə bir yerdə görüntülənib. Aktrisanın biləyinə döydürdüyü “PRİLUÇNIY” yazısı paparazilərin diqqətindən qaçmayıb. Ancaq 2011-ci ildə həmin tatu yoxa çıxıb. 2011-ci ildə müğənni Pol Makdonaldla evlənib. 2014-ci ildə tərəflər rəsmən boşanıblar. 2015-ci ildə aktyor İen Somerholderlə xoşbətliyini sınamaq qərarına gəlib. Toydan iki il sonra cütlüyün Bodi Soley adlı qızı dünyaya gəlib. “Alatoranlıq” vampir saqasından olan filmlərdə Rozali Heyl rolunu oynayır. “13” adlı filmdə oynadığı roldan sonra məşhurlaşıb, maraqlıdır ki, həmin filmin elə ssenarisini də özü yazıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D0%B4,_%D0%9D%D0%B8%D0%BA%D0%BA%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç