Daniel Mone

Daniel Mone

Aktrisa

BİOQRAFİYA

Deniel Mone – amerikalı qadın restler, rəqqasə, model və aktrisadır. WWE restlinq turnirində Sammer Rey ləqəbi ilə çıxış edir. WWE turnirinə gəlişinə qədər model işləyib. Daha əvvəl isə Lingerie Football League çempionatında “Çikaqo Bliss” adlı qadınlardan ibarət amerikan futbolu klubunun şərəfini qoruyub. Kornerbek ampluasında çıxış edib və komandasının kapitanı olub. 20 iyun 2011-ci ildə Hamilton şəhərinin “Kolizey Kopps”arenasında keçirilən LFL ulduzlarının matçında iştirak edib. Həmin matç onun karyerasının vida matçına çevrilib. 2011-ci ildə WWE restlinq federasiyası ilə müqavilə imzalayıb və Florida Championship Wrestling turnirinə göndərilib. Televiziyada debütünü həmin ilin 18 dekabrında FCW şousunun epizodlarından birində gerçəkləşdirib. O eyni zamanda Avraam Vaşinqtonun promo şousunda görüntülənib. Bir müddət rinq-diktoru vəzifəsində çıxış edib. Sonradan özünə Sammer Rey restlinq ləqəbini götürüb. Martın 11-də FCW TV şousunda FCW-nin baş meneceri təyin edilib. Sammerin rinqdə debütü 6 apreldə keçirilən canlı FCW şousunda həyata keçib. “Üçlü təhlükə” adlı yarışda Sofiya Kortezə məğlub olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%BC%D0%BC%D0%B5%D1%80_%D0%A0%D1%8D%D0%B9

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç