Mayk Mizanin

Mayk Mizanin

Aktyor, restler-döyüşçü

BİOQRAFİYA

Maykl “Mayk” Mizanin 8 oktyabr 1980-ci ildə ABŞ-ın Parma şəhərində (Ohayo ştatı) anadan olub. "Normandy High School" adlı orta məktəbi bitirib. Məktəbdə oxuduğu illərdə basketbol yığmasının kapitanı olub. Paralel olaraq üzgüçülüklə məşğul olub və məktəbin illik qəzetinin redaktoru olub. Məktəbi bitirdikdən sonra Mayami Universitetinə daxil olub, orada biznes menecment üzrə ali təhsil alıb. "Theta Chi Fraternity" adlı tələbə cəmiyyətinin üzvü olub. Daha sonra Mizanin Kaliforniyaya köçərək aktyorluq sənətini öyrənib. Ekranlarda ilk dəfə MTV telekanalının “The Real World: Back to New York” şousunda iştirak edib. 2001-ci ildə Wrestling (UPW) və Deep South Wrestling yarışlarına qatılıb və komanda çempionu olub. Daha sonra Mizanin “Ohio Valley Wrestling" turnirində iştirak edib və komanda çempionluğuna imza atıb. Restlinqdə daha çox “Miz” təxəllüsü ilə tanınır. Kinoda “Çirkli kampaniya” (2012), “Dəniz Piyadası 4: Hərəkət edən hədəf” (2015) filmlərinə görə tanınır. Karyerası ərzində 71 televiziya/bədii film rolu olub. Hazırda WWE turnirində çıxış edir. 2011-ci ildə “Pro Wrestling Illustrated” versiyasına görə dünyanın ən yaxşı 500 restlerinin reytinqində 1-ci yeri tutub. RAW turnirinin 1000-ci buraxılışından etibarən Üçlü Tac çempionudur. Daha sonra Demien Mizdou ilə birgə komdan şəklində döyüş turnirinin qalibi olub. 8-qat interkontinental çempiondur. Şəxsi həyatına gəlincə 2007-ci ildə WWE divası Marislə görüşməyə başlayıb. 22 fevral 2014-cü ildə Mayk və Maris izdivaca daxil olub. 2018-ci ilin mart ayında cütlüyün Monro Skay Mizanin adlı qızı doğulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%B7%D0%B0%D0%BD%D0%B8%D0%BD,_%D0%9C%D0%B0%D0%B9%D0%BA

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç