Uve Boll

Uve Boll

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Uve Boll – almaniyalı kinorejissordur. Daha çox məşhur video oyunların ekranizasiyası ilə şöhrət qazanıb. Birləşmiş Ştatlarda çəkdiyi filmlər əksər hallarda kassa uğursuzluğuna düçar olub və tənqidçilərin yalnız mənfi rəyini toplayıb. Məsələn 12 milyon dollar büdcəsi olan “Ölülər evi” filmi ilk həftəsonu cəmi 5.7 milyon dollar gəlir gətirib. 20 milyon dollar büdcəsi olan “Qaranlıqda tək-tənha” filmi cəmi 2,42 milyon dollar toplayıb. 25 milyon dollara başa gəlmiş “Bladreyn” filmi isə cəmi 2.4 milyon dollar vəsait gətirib. Kassa baxımından ən uğursuz filmi “Kral naminə: Yeraltı aləmin istilası” filmi sayılır. 60 milyon dollar büdcə ilə 10 milyon gəlir belə gətirə bilməyib. 2005-ci ildə Almaniyanın vergi məcəlləsində aparılan islahatlar hesabına öz filmlərinin maliyyələşməsini təmin edə bilib. Yeni qaydalara əsasən Alman kinosuna yatırım qoymuş investorlar yalnız kassa gəlirinə görə vergi ödəyib. Film iflasa uğrayan zaman investorlara sərf etdikləri məbləğin böyük hissəsi qaytarılıb. Uve Bollun filmləri həm kino həvəskarları, həm də tənqidçilər tərəfindən kəskin qınaq obyektinə məruz qalır. Ona hətta bütün zamanların və xalqların ən pis rejissoru “damğasını” da vurublar. Onu daha çox “başdan-sovdu” filmlərə çəkən rejissor Ed Vudla müqayisə edirlər. Onun filmləri tez-tez IMDB-nin ən pis 100 film reytinqinə düşür. 2006-cı ildə Uve Boll bir neçə tənqidçisini real boks döyüşünə çağırıb. Həmin ilin sentyabrında 5 tənqidçi onun çağırışını qəbul edib. Boll döyüşlərin hər birində qalib gəlib. Onu da qeyd edək ki, Bolla aktyor Pörselli uzun illərin əməkdaşlığı birləşdirir. Kifayət qədər məşhur olmasına baxmayaraq, Pörsell onu çəkdiyi filmlərdə baş rollara çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%BB%D0%BB,_%D0%A3%D0%B2%D0%B5

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç