Bəşər Rahal

Bəşər Rahal

Aktyor, prodüser

BİOQRAFİYA

Bəşər Rahal 20 oktyabr 1974-cü ildə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində anadan olub. Atası Livanlı, anası bolqardır. Bəşərin 6 yaşı olanda ailə Sofiya şəhərinə köçüb. 12 yaşından müxtəlif televiziya filmləri və seriallara çəkilir. 13 yaşında peşəkar teatr aktyoru olub. "Tears and Laughs" teatr truppasının tərkibində 15 tamaşada səhnəyə çıxıb. Həmçinin Fransa və İsveçrədə müxtəlif teatr festivallarında iştirak edib. 1989-cu ildə böyük ekranlarda “İvan və Aleksandr” filminə çəkilməklə debütünü gerçəkləşdirib. 1993-cü ildə Milli Teatr və Kino İncəsənət Akademiyasına qəbul olunub. Təsviri incəsənət üzrə magistr dərəcəsi əldə edib. 1999-cu ildə ABŞ-a mühacirət edib və orada kino və seriallara çəkilməyə başlayıb. Li Strasberqin teatr və Kino İnstitutunda oxuyub. Daha çox “Sağ qalma müsabiqəsi”, “Sevgilə coşub-daşan”, “Konan-barbar”, “Qrinqo” və “Məğlubedilməz 4” filmində oynadığı rollara görə tanınır. Ərəb xarici görünüşünə görə bir çox kinofilmlərdə terrorçu rollarına dəvət olunub. 90-cı illərin sonlarında həyat yoldaşı Kalina ilə tanış olub. 2002-ci ildə Kaliforniyada münasibətlərini rəsmiləşdiriblər. 2002-ci ildə Xloya, 2009-cu ildə isə İndiya adlı qızları doğulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bashar_Rahal

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç