Ralitsa Paskalyova

Ralitsa Paskalyova

Aktrisa

BİOQRAFİYA

Ralitsa Krassimirovna Paskalyova 20 sentyabr 1989-cu ildə Bolqarıstanın Ruse şəhərində anadan olub. Ruse şhərində Fridrix Şiller adına orta məkbətdə oxuyub. Daha sonra Varna şəhərində tədrisin ingilis dilində aparıldığı məktəbi bitirib. Təhsilini Bolqarıstanın Milli Teatr və Kino İncəsənəti Akademiyasında davam etdirib. Akademiyanı bitirməzdən əvvəl 2012-ci ildən etibarən xarici və yerli filmlərə çəkilməyə başlayıb. 2014-cü ildə Uve Bollun “Kral Naminə: Sonuncu Missiya” fantastik-tarixi filmində baş qadın rolu – şahzadə Arabelanı oynayıb və tərəf-müqabili hollivud ulduzu Dominik Pörsell olub. Daha çox “Kral Naminə: Sonuncu Missiya” (In The Name of King 3, 2014), “Qırmızı kod” (Code Red , 2013) və “Apocalypse Pompeii” (2014) filmlərində oynadığı rollara görə tanınır. 2017-2018-ci ildə “Oğurlanmış həyat” (Stolen Life) serialında Doktor Stilianova rolunda məşhurlaşıb. Aktrisa 2017-ci ildən voleybolçu Teodor Salparovla vətəndaş nikahındadır. 2018-ci ilin iyul ayında Maksim adlı oğlu dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://bg.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%BB%D0%B8%D1%86%D0%B0_%D0%9F%D0%B0%D1%81%D0%BA%D0%B0%D0%BB%D0%B5%D0%B2%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç