Keyr Pirson

Keyr Pirson

Ssenarist

BİOQRAFİYA

Keyr Pirson 15 dekabr 1966-cı ildə ABŞ-da anadan olub. 1989-cu ildə Harvard Universitetinin məzunu olub. Peşəkar idman ustası olub. 1992-ci ildə Yay Olimpiya oyunlarında ABŞ-ın avarçəkmə üzrə yığmasında yer alıb. Pirsen 2000-ci ildə Ruandada soyqırım törədilən zaman mindən çox insanın həyatını xilas etmiş fədakar bir otel inzibatçısı – Pol Rusesabaqinanın həyat hekayəsi ilə tanış olur. Həmin şəxsə valeh olan Pirson “Ruanda oteli” adlı ssenarini yazır və onu Terro Corca göndərir. Rejissor əsəri bir neçə dəfə səhifələdikdən sonra ssenariyə bağlanır. Film dünya premyerasından sonra yüksək reytinqlər qazanır, həm tamaşaçıların həm də tənqidçilərin rəğbətini qazanır. Nəticədə Corc və Pirson ən yaxşı orijinal ssenari nominasiyasında “Oskar” mükafatına namizəd olurlar. 2004-cü ildə “Ruanda Hoteli” filminə yazdığı ssenariyə görə “Oskar” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Keir_Pearson

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç