Marşa Vattanapaniç

Marşa Vattanapaniç

Aktrisa, müğənni

BİOQRAFİYA

Marşa Vattanapaniç – Taylandlı kino aktrisası və müğənnidir. 24 avqust 1970-ci ildə Almaniyanın İserlon şəhərində qarışıq ailədə anadan olub. Anası alman, atası Avropada yerli cəmiyyətə assimilasiya etmiş taylandlıdır. Karyerasını daha çox müğənnilik sənətinə yönəldib, habelə ara-sıra müxtəlif janrlarda olan yerli və xarici filmlərə çəkilir. Onun iştirakı ilə çəkilmiş ən tanınmış filmlərdən biri “Fobiya 2” trilleridir. Çəkiliş meydançasında tərəf-müqabilləri Baniyonq Pisantanakun, Yonqyut Tonqkonqtun, Parkpum Vonqpum olub. 2007-ci ildə “Tənha” qorxu filmində Pim və Ploy rollarına çəkilib. 2012-ci ildə “407-ci reys: Kabus Uçuşu” horrorunda baş rol alıb. Karyerası ərzində cəmi 6 filmə çəkilib. Şəxsi həyatına gəlincə 17 yaşında ana olub. Aktyor olan həyat yoldaşı Amfol Lampunla nikahının ömrü cəmi 9 il çəkib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/marsha_wattanapanich/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç