Con Erik Daudl
Rejissor, ssenarist, prodüser, montajçı, aktyor, operator
Con Erik Daudl 1973-cü ildə ABŞ-ın Minnesota ştatında (ABŞ) doğulub. "St.Tomas Academy adlı katolik-hərbi məktəbi bitirdikdən sonra Ayova şəhərinə köçüb və Ayova Universitetinə daxil olub. Daha sonra Manhettenə köçüb və Nyu-York universitetinin kinematoqrafiya fakültəsinə qəbul olunub, rejissorluq ixtisası üzrə təhsil alıb. Məzun olduqdan sonra kino karyerasını qurmaq üçün Los-Ancelesə yollanır. 1996-cı ildə “Mehtapın yüksəlişi” (Full Moon Rising) filmi ilə rejissor olaraq tammetrajlı bədii filmdə debütünü gerçəkləşdirib. “Quru Tilsim” (The Dry Spell) adlı ikinci filminin çəkilişinə artıq kiçik qardaşı Drü Daudl da qoşulub. Con filmə rejissorluq, ssenaristilik, montajçılıq edib, Drü isə lentin prodüseri olub. Qardaşlar hazırda Los-Anceles şəhərində yaşayıb-yaradırlar. Daudl qardaşları “Karantin”, “İblis”, “Çıxış yolu yoxdur” kimi reytinqli filmlərinə görə tanınırlar. Kəskin süjetli döyüş filmi olan “Çıxış yolu yoxdur” filmində baş rollara Pirs Brosnan və Ouen Uilson kimi ulduzlar çəkilib. Əsasən qardaşı – ssenarist və prodüser Drü Daudlla birgə fəaliyyət göstərir. Şəxsi həyatına gəlincə Con Erik Daudl rejissor Stiven Çobskinin bacısı Steysi Çobski ilə evlidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Erick_Dowdle