Drü Daudl

Drü Daudl

Ssenarist, prodüser

BİOQRAFİYA

Drü Daudl – amerikalı ssenarist və prodüserdir. Daha çox “Çıxış yolu yoxdur” (2015), “Karantin” (2008), “Paris – Zombilər şəhəri” (2014), “İblis” (2010) filmləri üzərində gördüyü işə görə tanınır. Karyerası ərzində ümumilikdə 6 filmə ssenari yazıb, 8 filmin prodüseri olub. Rejissor Con Daudlun kiçik qardaşıdır. Başlıca olaraq onunla əməkdaşlıq edir. Con filmlərə rejissorluq, ssenaristilik, montaşçılıq edir, Drü isə lentin prodüseri, bəzən də ssenari müəllifi olur. Qardaşlar hazırda Los-Anceles şəhərində yaşayıb-yaradırlar. Daudl qardaşları “Karantin”, “İblis”, “Çıxış yolu yoxdur” kimi reytinqli filmlərinə görə tanınırlar. Kəskin süjetli döyüş filmi olan “Çıxış yolu yoxdur” filmində baş rollara Pirs Brosnan və Ouen Uilson kimi ulduzlar çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0235719/

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç