Tom MakQrat

Tom MakQrat

Rejissor, ssenarist

BİOQRAFİYA

Tom MakQrat 7 avqust 1964-cü ildə Linvud şəhərində (Vaşinqton ştatı, ABŞ) anadan olub. Vaşinqton Universitetində sənaye dizaynı ixtisası üzrə ali təhsil alıb. Ralf Bakşinin “Paralel dünya” və Co Pitkinin “Kosmik Cem” cizgi filmlərində rəssam-multiplikator vəzifəsində çalışıb. “Ren və Stimpi şousu” adlı populyar serialın rejissoru və rəssamı olub. Həmçinin “Qrinç- Milad bayramının oğrusu” və “Pişiklər itlərə qarşı” filmlərində eyni vəzifələri yerinə yetirib. Rejissor və ssenarist qismində debütünü Erik Darnellə birgə “Madaqaskar” animasiyasını yaratmaqla gerçəkləşdirib. Unudulmaz məzəli pinqvinlər dəstəsi onun ideyası olub. MakQrat eyni zamanda cizgi filmində Şkiper adlı lideri səsləndirir. Daha çox “Madaqaskar”, “Madaqaskar 2”, “Madaqaskar 3” cizgi filmləri üzərində gördüyü işə görə tanınır. Həmçinin “DreamWorks” animasiya studiyasının digər cizgi filmi layihələri, o cümlədən “Aradan çıx” və “Şrek üçüncü” animasiyalarında da iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tom_McGrath_(animator)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç