Erik Darnell

Erik Darnell

Rejissor, ssenarist

BİOQRAFİYA
Erik Darnell - amerikalı rejissor, yazıçı, animator, səsləndirmə aktyorudur. Darnell Kanzas ştatının Preriya kəndində anadan olub. O "Shawnee Mission East High School" məktəbini bitirib. Kolorado Universitetində telejurnalistika fakültəsində təhsil alıb. 1983-cü ildə təhsilini bitirən Erik, evlərinin zirzəmisində dörd il eksperimental filmlər üzərində işləyib. Nəticədə Erik Kaliforniya İncəsənət Universitetini eksperimental animasiya üzrə proqramda iştirak üçün dəvət alır. Eyni vaxtda o REM qrupunun “Get Up” mahnısına klip çəkir. 1996-cı ildə “DreamWorks” çalışarkən “Qarışqa Antz” adlı ilk tammetrajlı filminin rejissoru təyin olunur. 1998-ci ildə böyük ekranlara çıxan filmstudiyanın ilk kompüter animasiya filmi, tarixdə isə ikinci tammetrajlı kompüter animasiyası filmi olub. O “Şrek” filminin rəssamı, “Dulok xoş gəldin” mahnısının müəllifidir. Həmçinin “Qarışqa Antz” filminin rejissoru, “Madaqaskar”, “Madaqaskar 2”, “Madaqaskar 3” animasiya filminin həmrejissoru və ssenarisinin həmmüəllifidir.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Eric_Darnell

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç