Madonna
Aktrisa, müğənni, bəstəkar, prodüser, ssenarist, rejissor, rəssam
Madonna Luiza Çikkone 6 avqust 1958-ci ildə Miçiqan ştatında (ABŞ) anadan olub. O, 300 milyondan artıq musiqi albomu satışı göstəricisi ilə tarixdə ən çox musiqi albomu satılan qadın müğənni hesab olunur. Onun musiqi albomlarından 4-ü tarixdə ən çox satılan albomlar sırasındadır. Müğənni hələ ilk albomundan 5 ulduz qazanmış nadir pop ulduzlarındandır. Madonna XX əsrin 25 nüfuzlu qadını siyahısına daxil edilmiş yeganə qadın müğənnidir. O, Ginnesin Rekordlar Kitabına dünya tarixində "Ən müvəffəqiyyətli qadın müğənni" kimi düşüb. Madonna "Slant" jurnalı tərəfindən "Tarixdə ən çox yaxşı klip çəkmiş müğənni" hesab olunur. Ən bahalı videokliplər siyahısında Madonnnın "Die Another Day" klipi (2002-ci il) 6 milyon dollarla 2-ci yerdə, "Express Yourself", "Bedtime Stores" hərəsi ayrılıqda 5 milyon dollarla 3-cü və 4-cü yerlərdə dayanır. Tarixdəki ən müvəffəqiyyətli konsert turnesi də Madonnaya aiddir. 2008-ci ildə "Hard Candy" albomunu dəstəkləyən "Sticy & Sweet" adlı dünya konsert turnesi zamanı 280 milyon dollarlıq bilet satışı əldə edən Madonna 2009-cu ildə eyniadlı turnesi ilə 408 milyon dollar qazanaraq öz rekordunu yeniləyib. Ginnesin Rekordlar Kitabı 2006-cı ildə onu ən çox qazanan qadın sənətçi kimi qiymətləndirib. Mahnılarında müxtəlif mövzulara toxunması, tez-tez fərqli üslublardan istifadə etməsi, yaradıcı və yenilikçi olması onu digərlərindən ən çox fərqləndirən xüsusiyyətlərdir. Madonna "Dünya Musiqi Mükafatları"nın "Yaşayan əfsanə" nominasiyasının qalibi olub. O, həmçinin öz yazıçılığına, siyasi görüşlərinə, xeyriyyə işlərinə görə də diqqət cəlb edir. O, müasir ulduzlardan Britni Spirs, Nelli Furtado, Şakira, Qven Stefani, Kristina Agilera, Lady Gaga, Keti Perri kimi məşhurlara böyük təsir göstərib. Amerika tarixində ən çox Top 10 hiti olan qadın müğənni olduğu kimi, ilk həftəsində ən çox ölkədə Top 10-dan giriş edən mahnı da Madonnaya aiddir. Madonnanın "Papa Don't Preach", "Vogue", "Like a Prayer", "La Isla Bonita", "Like a Virgin", "Hung Up", "Ray of Light", "Frozen", "Die Another Day", "Music", "4 minutes" bu kimi mahnıları məşhur top siyahılarda nömrə bir səviyyəsinədək yüksəlib. "Hung up" 2005-ci ildə satışa çıxan zaman 45 ölkədə nömrə 1 olaraq Rekordlar kitabına daxil olub. MTV-nin yaranması ve musiqi kliplərinin inkişafında Madonna, Maykl Cekson və Corc Maykl ilə birlikdə ən çox təsiri olmuş müğənnilərdən biridir. Otuz illik sənət karyerasında 9 "Qremmi", 2 "Qızıl Qlobus", 24 "MTV Video Music Awards", 30 "Billboard" və başqa mükafatlar əldə edib. "Billboard" 2010-cu ildə Madonnanı ən bacarıqli solo sənətçi elan edib. UK albom çartında ən çox nömrə 1 səviyyəsinə yüksəlmiş alboma malik olan (12 albom) müğənni Madonnadır. Britaniya mətbuatı 2010-cu ildə son 10 ilin ən populyar sənətçiləri siyahısında Madonnanı birinci yerdə göstərib. Həmin siyahıda ilk onluqda Madonnadan başqa tək solo ifa edən başqa qadın sənətçilər yer tapmayıb. Dövri olaraq çıxan "Forbes" jurnalının "Ən təsirli insanlar" siyahısında Madonnanın adı dəfələrlə göstərilib. 2012-ci ildə "VH1 Music" Madonnani musiqi tarixində "100 ən böyük qadin mügənni" siyahisinda 1-ci yerdə göstərib. 2012-ci ilin yanvar ayında Madonna "Bst original song" nominasiyasında qalib gələrək (masterpiece), sayca 2-ci "Golden Globes"u qazanıb, həmin ilin əvvəlində Madonna, "Super Bowl Halftime Show" performansı gerçəkləşdirib və şounu rekord sayda tamaşaçı (114 milyon) izləyib. 2012-ci ilin mart ayında Madonnanın 12-ci studiya albomu olan "MDNA" işıq üzü görüb və albom ilk həftədə Amerika ve Britaniya (Elvis Preslini keçərək UK albom çartında rekord sayda - 12 nömrə 1 alboma malik olan solo sənətçi olub) satış siyahıları başda olmaqla, bir çox olkədə nömrə 1-ə yüksəlib. 2012-ci ilin mayında Madonna "MDNA " dünya turnesinə start verib. 7 ay davam edən turne 315 milyon dollar gəlir gətirib və 2012-ci ilin ən böyük dünya turu olub, eləcə də indiyədək gerçəkləşən 10 ən böyük turne siyahısına daxil edilib. 2015-ci ilin martında Madonna 13-cü albomunu - "Rebel Heart"ü çıxarır və eyni ilin sentyabr ayında eyniadlı dünya turuna start verir. 2016-ci ilin 20 martında "Rebel Heart" dünya turu Avstraliyada başa çatıb. Turun ümumi gəlirləri 82 şou ilə 170 milyon ABŞ dolları təşkil edib və ümumi iştirakçı sayı 1.045.479 olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: