Andres Velenkoso

Andres Velenkoso

Aktyor, model

BİOQRAFİYA

Andres Velenkoso Sequra – ispaniyalı aktyor və modeldir. “Chanel Allure Homme Sport” və “Louis Vuitton” kimi ətir brendlərinin reklam çarxına çəkilməklə populyarlaşıb. 11 mart 1978-ci ildə İspaniyanın Tossa de Marr şəhərində doğulub. 2009-cu ildə “Models.Com” versiyasına görə ən yaraşıqlı kişi modellərin onluğunda altıncı yerdə göstərilib. Böyük ekranlarda daha çox “Son” (FİN, 2012), “Vilvet kolleksiyası” (2018), “Yay düşərgəsi” (2015), “Senor, dame paciencia” (2017) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 12 bədii film/televiziya filmi və seriala çəkilib. Son işi – 2018-ci ildə mavi ekranlara çıxan “Vilvet kolleksiyası” adlı serialında Ömər Əhmədi roludur. Andres 2016-cı ildə tennis ustası Mariya Şarapova ilə vətəndaş nikahında olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm1846255/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç