Klara Laqo

Klara Laqo

Aktrisa

BİOQRAFİYA

Klara Laqo – ispaniyalı aktrisadır. “Göyün yeddinci qatında” filmində oynadığı rolla məşhurlaşıb. Klara Laqo 1990-cı ildə Madriddə anadan olub. Uşaqlığından bəri dram incəsənəti ilə maraqlanıb, ailə üzvləri və dostları üçün müxtəlif tamaşalar hazırlayıb. Artıq doqquz yaşında olanda “Tərəfdaşlar” adlı televiziya serialında rol qazanır. Böyük ekranlarda debütünü isə 2000-ci ilin “Zavallı həyat” filminə çəkilməklə gerçəkləşdirib. Artıq iki ildən sonra aktrisa “Kerolun səyahəti” filmindəki işinə görə “Qoya” mükafatına namizəd olur. Baş rolun personajına uyğunlaşmaq üçün saçlarına sarı boya, gözlərinə mavi linza qoyur və ingilis dilini öyrənir. 2004-cü ildə Laqo “Mərkəzi xəstəxana” teleserialının çəkilişlərində iştirak edib, daha sonra səs-küylü “İntiharçılar klubu” layihəsinə qatılıb və paralel olaraq “Leke” filminə çəkilib. 2008-ci ildə “Asılmışın oyunu” dramında görüntülənib. Həmin rol ispan aktrisaya San-Sebastyan və San-Pankrasio kinofestivallarında şöhrət qazandırıb. Laqo eyni zamanda “Pis tərəf” trillerində Martin Qarsiyanın tərəf müqabili olub. 2012-ci ildə “Göyün Yeddinci Qatında” filminin sikvelində əvvəlki rolunu – gənc və bir qədər dəliqanlı Cin rolunu davam etdirib. Klara Laqo ilə Mario Kasasın öpüş kadrı onların birgə çəkildikləri filmin premyerası ərəfəsində bir çox ispandilli jurnalların üz qabığına çıxıb. Lakin daha sonra paparazilər onu “Okeanın ürəyi” serialının çəkilişlərində tərəf-müqabili olan aktyor Ferrana Vilaxosana ilə yaxalayıb. 2014-cü ildə aktrisa aktyor-komik Deni Rovira ilə eşq macərası yaşayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/clara_lago/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç