Saşa Baron Koen

Saşa Baron Koen

Aktyor, prodüser

BİOQRAFİYA

Saşa Baron Koen 13 oktyabr 1971-ci ildə Londonda (Böyük Britaniya) yəhudi ailəsində anadan olub. O, üç qardaşdan kiçiyidir. Özündən dörd yaş böyük qardaşı Erron Baron Koen bəstəkardır. Atası Cerald Baron Koen kişi geyimləri mağazasının sahibi idi, anası Daniella Naomi Baron Koen bədən tərbiyəsi üzrə təlimatçı idi, İsraildə doğulub. Anasının əsli Belarusdandır. Tələbə vaxtlarında Saşa komik hərəkətləri ilə hər kəsi güldürürdü. Əsasən siyasi zarafatlara üstünlük verirdi. Koen karyerasına model kimi başlayır. 90-cı illərdə onun fotosu müxtəlif jurnallarda dərc olunur. Sonra hava məlumatını təqdim etmək üçün televiziyaya dəvət olunur. Sonra reper Əli Ci obrazında görünməyə başlayır. Mütəmadi olaraq televiziyada şoulara dəvət alan Əli Ci satirik və hədsiz zarafatları ilə populyarlıq qazanır. 2002-ci ildə təsadüf nəticəsində deputat olan və dünyəvi problemlərin həllinə çalışan Əli Cidən bəhs edən “Əli Ci parlamentdə” komediya filminin premyerası olur. Komediya təkcə Britaniyada yox, başqa ölkələrdə də uğur qazanır. 2003-cü ildən ABŞ-da “DA Ali G Show” çəkməyə başlayırlar. Verilişdə adətən tanınmış şəxslər iştirak edirdilər. Saşa Baron Koen söhbətin istiqamətini elə dəyişirdi ki, komik anlar yaranırdı. Bundan başqa, şoularında Borat və Bruno obrazlarında da görünürdü. Saşa Baron Koen “Madaqaskar” cizgi filminin səsləndirilməsində, “Suinn Todd: İblis saç ustası”, Martin Skorsezenin “Hüqo” filmində də iştirak edib. 2010-cu ildən aktrisa Ayla Fişerlə evlidir, iki qızı, bir oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Sacha_Baron_Cohen

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç