Maribel Verdu

Maribel Verdu

Aktrisa

BİOQRAFİYA

Mariya İzabel Verdu Rollan 2 oktyabr 1970-ci ildə Madriddə (İspaniya) anadan olub. Aktyor karyerasına 13 yaşında müxtəlif reklam və teleseriallara çəkilməklə qədəm qoyub. 2007-ci ildə ABŞ kino-incəsənət akademiyasına dəvət olunub. 2008-ci ildə rejissor Qrasiya Kerexetenin “Yeddi Bilyard Stolu” filmində ən yaxşı qadın roluna görə “Qoya” mükafatı ilə təltif olunub. 2009-cu ildə İspaniya kinematoqraflarının milli mükafatına layiq görülüb. 2012-ci ildə isə rejissor Pablo Bergerin “Ağca” filmində oynadığı rolun sayəsində ikinci “Qoya” heykəlciyini əlinə alıb. Karyerası ərzində 95 televiziya/bədii film və serialda rolu var. Çoxsaylı kinomükafatlar qazanmış “Favnın labirinti” fentezi dramında Mersedes rolu ilə dünya şöhrəti qazanıb. Bundan başqa “Sənin də ananı” (2001) filmində Luiza Kortes, “Ağca” (Blancanieves, 2012) filmində Enkarna, “Kanquros” (1994-1997) serialında Alisiya Valle rolu ilə yadda qalıb. Aktrisa iki dəfə “Qoya” mükafatı laureatı olub (ən yaxşı qadın rolu nominasiyasında). Şəxsi həyatına gəlincə tanınmış aktyor Karlos Larranyaqanın oğlu Pedro Larranyaqa ilə evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B5%D1%80%D0%B4%D1%83,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D0%B1%D0%B5%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç