Çarlz Dikkens
Yazıçı
Çarlz Dikkens 7 fevral 1812-ci ildə İngiltərədə anadan olub. Onun romanları və kiçik hekayələri dünya ədəbiyyatının ən məşhur nümunələrindən hesab edilir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Çarlz Dikkens ingilis ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı, həm də tanınmış yumor və satira ustasıdır. Onun yaradıcılığının ilkin dövrünə aid olan "Pikkviks klubunun qeydləri" adlı əsərində patriarxal İngiltərə təsvir olunur. "Oliver Tvistin macəraları" adlı romanında yoxsulların həyatını təsvir edərək şəxsi səadət naminə öz qəhrəmanını maneələrin dəf olunmasına çağırır. Əsərlərinin əksəriyyəti o dövrün ənənəsinə uyğun olaraq dövrü mətbuatda çap olunub. O əsərlərini hissə-hissə yazıb. Dikkensin əsərləri nəsrinin mükəmməlliyi və xarakterlərin bənzərsizliyi ilə bir çox görkəmli yazıçıların diqqətini cəlb edib. Çarlz Dikkensin uşaqlığı sakit bir dövrdə keçib. Dikkens vaxtının çoxunu açıq havada mütaliə etməklə keçirirmiş. Atasının həbs olunmasından bir qədər əvvəl 12 yaşlı Çarlz gündə on saatlıq bir işə başlayıb. Sonralar o, həyatını avtobioqrafik roman olan "Devid Koperfild"də qeyd etmişdi. 1827-ci ilin mayında Dikkens hüquq bürosunda işə başlayır. 1828-ci ilin noyabrınadək burada xidmət göstərir. 1833-cü ildə özünün ilk hekayəsi olan "Qütb gəzintisində nahar"ı Londonda nəşr etdirir. 1836-cı ildə "Boz" təxəllüslü Dikkens özünün ilk romanını - "Pikvik qəzetləri"ni nəşr etdirməyə başlayıb. Sonralar o, "Oliver Tvist", "Nikolas Niklbay", "Devid Kopperfild" və sair əsərlərini yazıb. 2 aprel 1836-cı ildə evlənir. Onun 10 uşağı olub. 1842-ci ildə ABŞ və Kanadaya səyahət edib. 1867-1868-ci illərdə yenidən Amerikaya səyahət etmiş və Emerson Fildz və başqaları ilə tanış olur. 1870-ci ildə vəfat eedib. Onun bədii yaradıcılıq üslubu fantastika və realizmin birləşməsindən ibarətdir. Onun yaratdığı surətlər ingilis ədəbiyyatının ən yaddaqalan surətlərindəndir. Əbəs deyildir ki, bir çox yazıçılar onu "ağır artilleriya ustası" adlandırırlar. Müəllifin müxtəlif əsərlərində avtobioqrafik elementlərə rast gəlinir. Ç.Dikkens elə bir yazıçıydı ki, onun zövqü xalqın zövqüylə üst-üstə düşürdü. Ç.Dikkens xalqın istədiyini yazmırdı; o, xalqın istədiyini istəyirdi, – zövqü və istəyi xalqın zövqü və istəyiylə eyniydi deyə yazdıqları da xalqın ürəyindən xəbər verir, zövqünü oxşayırdı, ona görə də sevilirdi. Ç.Dikkensin yaradıcılığında “İki şəhərin hekayəti” romanı xüsusi yer tutur. Üslubuna, mövzusuna və digər cəhətlərinə görə bu əsər Dikkens yaradıcılığının zirvəsi hesab edilir, başqa sözlə, “İki şəhərin hekayəti” romanı böyük ingilis yazıçısı Ç.Dikkensin şah əsəridir. Əsər 1859-cu ildə yazılıb, romanın əsas mövzusu Böyük Fransa inqilabıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: