Qreq Marks

Qreq Marks

Rejissor, aktyor, ssenarist

BİOQRAFİYA

Qreq Marks 12 avqust 1976-cı ildə Massaçusets ştatının Konkord şəhərində anadan olub. Uşaqlığı həmin ştatın Çelmsford qəsəbəsində keçib. Karneqi Mellon Universitetində (Pensilvaniya) kreativ yazarlıq üzrə ali təhsil alıb. Florida Dövlət Universitetinin Kino Konservatoriyasında rejissorluq üzrə magistr pilləsinə yüksəlib. Tələbə olduğu illərdə öz yazdığı ssenari əsasında çəkdiyi “Lektor” adlı qısametrajlı filmi bir neçə kinofestivalın, o cümlədən "Student Academy Award" kinomükafatının qalibi olub. Ona şöhrət qazandıran film "11:14" adlı trilleri olub. Filmdə baş rollara Hilari Suonk, Patrik Sueyzi Barbara Herşi, Ben Foster kimi ulduzlar çəkilib. “Eşolon əlbirliyi” (və ya “Hədiyyə”) filmi ABŞ kinoteatrlarında 2009-cu ilin fevral ayında nümayiş olunub. Hazırda Conatan Letemin “Sən məni hələ sevmirsən” romanının ekran adapatasiyası üzərində çalışır. Daha çox “11:14” (2003) və “Hədiyyə” (2009) filmlərinin rejissoru kimi şöhrət qazanıb. Karyerası ərzində 4 filmə rejissorluq edib, 2 filmin ssenari müəllifi olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Greg_Marcks

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç