Reyçel Li Kuk

Reyçel Li Kuk

Aktrisa

BİOQRAFİYA

Reyçel Li Kuk 4 oktyabr 1979-cu ildə ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində anadan olub. 14 yaşında narkotik vasitələrə qarşı mübarizə çərçivəsində dövlətin sifarişi ilə çəkilmiş sosial reklam çarxında debütünü edib. Kinoda ilk rolunu 1995-ci ilin “Dayələr klubu” filmində alıb. 1996-cı ildən etibarən kinolayihələrdə aktiv şəkildə iştirak etməyə başlayıb. Həmin il “Sanset küçəsi 26” filminə çəkilib. Daha sonra “Hər şey onluqdur” romantik komediyasında oynadığı Leyni Boqz rolu ona populyarlıq qazandırır. 2005-ci ildə “Qərbə doğru” adlı televiziya mini-serialında rol alıb. Daha çox “Hər şey onluqdur” (She’s all that, 1999), “Karteri aradan götürmək” (Get Carter, 2000), 11:14 (2003) filmlərində oynadığı rollara görə tanınıb. IMDB saytının məlumatına əsasən, karyerası boyunca 87 televiziya və bədii rolu olub. Son rolu – 2006-2018-ci illər ərzində yayımlanan “Robot cücə” cizgi serialında səsləndirdiyi müxtəlif personajlardır. Eyni zamanda 2018-ci ildə “Sevgidə Donmuş” (Frozen In Love, 2018) filminə çəkilib. Şəxsi həyatına gəlincə 14 avqust 2004-cü ildə aktyor Deniel Qillislə ailə qurub. Cütlüyün 2013-cü il təvəllüdlü Şarlotta Qillis adlı qızı və 2015-ci il təvəllüdlü Teodor Viqo Qillis adlı oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D0%BA,_%D0%A0%D1%8D%D0%B9%D1%87%D0%B5%D0%BB_%D0%9B%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç