Brek Eysner
Rejissor, aktyor, ssenarist, prodüser
Maykl “Brek” Aysner 24 dekabr 1970-ci ildə "Disney" şirkətinin keçmiş icraçı direktoru Maykl Aysnerin ailəsində dünyaya göz açıb. Harvard orta məktəbi, Corctaun Universiteti, daha sonra isə Cənubi Kaliforniya Universitetinin Kino və Televiziya məktəbində təhsil alıb. Onu mətbuatda atası ilə səhv salmamaları üçün özünə Brek təxəllüsünü götürüb. 2005-ci ildə Mettyü Makkonahi, Penelopa Kruz və Uilyam Meysinin baş rollara çəkildiyi “Sahara” filmini çəkib. Macəra janrında olan film Hollivud tarixinin iri büdcəli filmləri arasında maddi baxımında ən uğursuz kinolayihələrindən hesab olunur. Daha çox “Dəlilər” (Crazies, 2010), “Sahara” (Sahara, 2005), “Sonuncu ifritə ovçusu” (The Last Witch Hunter, 2015), “Tanqo və Keş” (1989) filmləri üzərində gördüyü işə görə tanınır. Karyerası ərzində 11 filmə rejissorluq edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D0%B5%D0%BA_%D0%90%D0%B9%D1%81%D0%BD%D0%B5%D1%80