Rouz Lesli

Rouz Lesli

Aktrisa

BİOQRAFİYA

Rouz Eleanor Arbatnot-Lesli 9 fevral 1987-ci ildə Şotlandiyanın Aberdin şəhərində doğulub. Körpə olanda tam adı Rouz Elanor Arbatnot-Lesli olub. Sebastiyan Arbatnot-Lesli və Kandida Meri Leslinin beş övladından üçüncüsü olub və uşaqlığı ailənin qaldığı 15-ci əsrd Aberdinşir qəsrində keçib. Əcdadları Şotlandiyanın qədim Lesli qəbiləsindən olub. 13-cü Lovat lordu, 2-ci baron Lovat – Saymon Freyzerin ulu nəvəsidir. Reyndə ibtidai məktəbə gedib, daha sonra orta təhsilini “Milfild” özəl məktəbində davam etdirib. 2005-2008-ci illərdə Londonun prestijli Teatr Akademiyasında 3 il ali təhsil alıb. Kursları bitirdikdən sonra incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. Fransada 3 il yaşayıb. Fransız dilində sərbəst danışa bilir. Aktrisa kimi fəaliyyətə başladıqdan sonra Londonun şimalına köçüb. Dağadırmanma, qaçış, kulinariya, dağ-xizək idmanı, oxatma və tennislə maraqlanır. 2016-cı ildə Leslinin “Taxt Oyunları” serialındakı həmkarı Kit Harinqtonla 2012-ci ildən bəri görüşdüyü xəbəri təsdiqini tapıb. 2017-ci ildən Harinqton və Lesli vətəndaş nikahına daxil olublar. 2017-ci ilin sentyabr ayında onlar The Times qəzeti vasitəsilə nişanlandıqlarını elan ediblər. 2018-ci ilin iyulunda isə Aberdinşirdəki qədim qəsrdə toy edərək, münasibətlərini rəsmiləşdiriblər. Daha çox “Daunton abbatlığı” və “Taxt oyunları” teleseriallarında oynadığı rollara görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D1%81%D0%BB%D0%B8,_%D0%A0%D0%BE%D1%83%D0%B7
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç