Ceyson Uayner
Rejissor
Ceyson Uayner 7 dekabr 1972-ci ildə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində yəhudi ailəsində doğulub. Baltimor və Şimal Qərb Universitetinin Friends məktəbini bitirib, İmprov Olympic Theatre teatr dərnəyinin üzvü olub. Kolleci bitirdikdən sonra “Budweiser”, “Nike” və “Dr Pepper” kimi məşhur brendlərin reklam çarxlarına çəkilib. O eyni zamanda HBO telekanalında bir müddət stendap komediyaçı işləyib. MTV-də “The Blame Game” adlı oyun şousunun ulduzlarından olub. Sonra kamera arxasına keçib və 2005-ci ildə ilk filmini “Cüssəli yaraşıqlı oğlanın sərgüzəştləri” adlı filmi çəkir. Daha sonra “Kath & Kim”, “Samantha Who?”, “Carpoolers”, “New Girl and Don't Trust the B---- in Apartment 23” kimi serialların müxtəlif epizodlarına rejissorluq edir. 2010-cu ildə “Müasir Ailə” serialına görə “komediya filmində ən yaxşı rejissor işi” nominasiyasında "Amerika Rejissorları Gildiyası" mükafatına layiq görülür. 2011-ci ildə “Artur” romantik komediyasının remeykini çəkməklə ilk tammetrajlı bədii film debütünü həyata keçirib. Ən çox “Müasir ailə” adlı məşhur Amerika sitkomunun rejissorlarından biri kimi tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: