Rassel Brend
Aktyor, publisist, yazıçı, tele-radio aparıcısı
Rassel Edvard Brend – ingilis yumorist, yazıçı, publisist və tele-radio aparıcısıdır. Böyük Britaniyada 2000-ci illərdə BBC telekanalında yayımlanan “Big Brothers Big Mouth” tok-şousu və BBC Radio 2 radiostansiyasında “Rassel Brendin şousu” verilişinin aparıcısı kimi məşhurlaşıb. Brend bir sıra Britaniya sitkomlarında iştirak edib. Bir sıra mükafatlandırma mərasimlərinin o cümlədən, "MTV Video Music Awards"un (2008 və 2009) aparıcısı olub. “Sinif yoldaşları”, “Uçuşda”, “Penelopa”, “Bir gecəlik nağıl”, “Veqasdan qaçış” və “Artur” filmlərində baş rollara çəkilib. YouTube-da “Trews” (True News – yəni həqiqi xəbərlər) adlı kanalı var, həmin kanalda aktual xəbərləri şərh edir. Karyerası ərzində çoxsaylı qalmaqalların mərkəzinə düşüb. Məsələn, 2001-ci ildə birmənalı qarşılanmayan hərəkətinə görə MTV telekanalından qovulub. İddiaya görə ABŞ-ın üzləşdiyi terror aktından bir gün sonra iş yerinə Usama Ben Laden qiyafəsində gəlib. 2008-ci ildə isə radiostansiyasının canlı efirində baş verən xoşagəlməz insidentdən sonra BBC Radio 2-dən kənarlaşdırılıb. Bren “bogema” üslubunda geyinir, “sado mazoxist Villi Vonka”ya bənzədiyini gizlətmir. 14 yaşından vegeteriandır. Yoqa və meditasiya ilə məşğul olur, induizmlə maraqlanır. Quru Radhanatha Svamidən tez-tez tövsiyələr alır. 2010-2012-ci illərdə amerikalı müğənni Keti Perri ilə evli olub. Hazırda Los-Ancelesdəki malikanəsində Morrisi adlı pişiyi və “Ayı” ləqəbli alman çoban iti ilə birgə qalır. 2009-cu ildə qədər Londonun Hempsted şəhərində yaşayıb. 2010-cu ildə 3,5 milyon dollara Los-Ancelesdə özünə malikanə alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: