Vinni Cons

Vinni Cons

Aktyor

BİOQRAFİYA

Vinsent Piter (Vinni) Cons britaniyalı aktyor, keçmişdə yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu olub. Onun kinoda debütü 1998-ci ildə Qay Riçinin “Kart, pul və iki tapanca” filmində Britaniyalı quldur Böyük Kris rolu olur. Bu və digər oxşar rollara görə o bir neçə mükafat və britaniyalı tənqidçilərin müsbət rəylərini qazanır. Aktyor Dastin Hoffman isə onu “Gənc Brüs Villis” adlandırıb. Bu uğurlu debüt onun gələcəkdə aktyor karyerasında dönüş yaradır. Cons “60 saniyəyə qaçış”, “Yevrotur”, “Qızıl qartalda gecə” və sair Amerika filmlərində güclü oğlan obrazını canlandırmağa davam edirdi. Onun çəkiliş meydanında: Nikolas Keyc, Ancelina Coli, Bred Pitt, Ceyson Steytem, Robert De Niro, Con Travolta, Xyu Cekman və Helli Berri kimi aktyorlar tərəf-müqabilləri olub. 2006-cı ildə artıq Hollivudda məşhur olan Consun iştirakı ilə yüksəkbüdcəli “İks adamlar”- “İks adamlar: Sonuncu döyüş” fantastik kəskin janrlı film böyük ekranlara çıxır. O zirehə bürünən nəhəng mutant Caqqernaut rolunda çıxış edir. Cons Hollivudda tələb olunan aktyor kimi bir neçə layihəyə imza atıb və bir sıra filmlərdə çəkilməyə davam edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç