Bayron Mann

Bayron Mann

Aktyor

BİOQRAFİYA

Bayron Mann — hollivud və asiya filmlərində çəkilən amerikalı aktyordur. Daha çox “Küçə döyüşçüsü” (1994) filmindəki Ryu rolu ilə tanınır. Mann oğlanlar üçün ingilis məktəbini bitirib. Həvəskar teatr fəaliyyətində aktyor, yazıçı kimi aktiv iştirak edib. Məktəbi bitirdikdən sonra Mann təhsilini davam etdirmək üçün Kaliforniyaya köçür. Kaliforniya universitetində fəlsəfə dərəcəsi alır. Kolleci bitirdikdən sonra Mann Cənubi Kaliforniya hüquq məktəbinə daxil olur. Bir il təhsil aldıqdan sonra akademik məzuniyyət götürür və Honkonqa qayıdır. NBC kanalında yayımlanan «Last Flight Out» telefilmində rol alır. Los-Ancelesa qayıdan Mann təhsilini bitirir. Mann “Qırmızı künc”, “Rüşvətxor”, “Qadın pişik” kimi filmlərdə çəkilib. 2012-ci ildə böyük ekranlara çıxan “Dəmir yumruq” filmində rol alıb. Mann idmanla, xüsusilə tennis və qolfla məşğul olur. Honkonqun tennisçilər top-reytinqinə düşüb. Eyni zamanda “Küçə döyüşçüsü” və sair filmlərdə Uşu sənətini nümayiş etdirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BD%D...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç