Dzükiti Uno
Aktyor
Dzükiti Uno 27 sentyabr 1914-cü ildə Yaponiyanın Asuva bölgəsinin Mondzü kəndində anadan olub. Aktyorun doğulduğu kənd hazırda Fukui meqapolisinin bir hissəsinə çevrilib. Orta məktəbi bitirdikdən sonra gənc Nobuo paytaxt Tokioya yollanır. Orada “Nippon" incəsənət universitetinə daxil olur. Təhsil aldığı illərdə maddi sıxıntı yaşadığından dərslərindən sonra qəzetlərin evlərə çatdırılması ilə məşğul olub. Aktyorun həyat yoldaşı evdar xanım Misako Uno olub. Böyük oğlu aktyor və musiqiçi Akira Teraodur. “Kiçik Qardaş” adlı mini-serialda atasının obrazını canlandırıb (2004, rejissor Sesuro Vakamtsu). Başlıca olaraq müstəqil kino şirkətləri ilə əməkdaşlıq edib, Yaponiyanın kommunist partiyasının fəal üzvlərindən olub. 1981-ci ildə “Mədəniyyət Ordeni”nin kavaleri adını qazanıb. Həyatının son illərini aktyor xərçəng xəstəliyi ilə mübarizə aparıb. Metastazla əlaqədar mədəsinin üçdə bir hissəsi və ağciyərinin yarısı kəsilib. Bütün bunlara rəğmən sonadək səhnəyə çıxıb, kino və televiziya filmlərinə çəkilib. 9 yanvar 1988-ci ildə Dzükiti Uno Tokyada 73 yaşında vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BD%D0%BE,_%D0%94%D0%B7%D1%8E%D0%BA%D0%B8%D1%82%D0%B8