Yuriy Xanyutin
Ssenarist
Yuri Mironoviç Xanyutin – sovet kinoşünası, kinotənqidçisi, ssenaristidir. Sənətşünaslıq üzrə elmlər namizədidir. 27 dekabr 1929-cu ildə Xarkovda anadan olub. Atası – Miron Yakovleviç Xanyutin Serqo Orconikidze adına Moskva Geoloji Kəşfiyyat İnstitutunun mexanika kafedrasının dosenti olub. Anası Mariya Sitovskaya həkim olub. Yuri Xanyutin Moskvanın məşhur 110 saylı məktəbində oxuyub. 1947-ci ildə orta təhsilini başa vurub. 1951-ci ildə Teatr İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsindən məzun olub. Kaqanoviç adına klubda çalışıb. 1955-ci ildə “Literatura” qəzetinin redaksiyasında çalışıb. İncəsənət Tarixi İnstitutunda aspiranturanı bitirib. Daha çox “Adi faşizm” (1965), “Bizim teatr haqqında (1975), “Pyotrk Martınoviç və böyük həyatın illəri” (1976) və digər sənədli filmlərin müəllifi kimi şöhrət qazanıb. 23 yanvar 1978-ci ildə vəfat edib. Oğlu Aleksey Yuryeviç Xanyutin (1965 təv.) atasının yolunu davam edərək, dokumentalist-rejissor olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BD%D1%8E%D1%82%D0%B8%D0%BD,_%D0%AE%D1%80%D0%B8%D0%B9_%D0%9C%D0%B8%D1%80%D0%BE%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87