Deyv Eggers
Ssenarist, prodüser
Deyv Eggers – amerikalı yazıçı, ssenarist, kinoprodüserdir. Onun “A Heartbreaking Work of Staggering Genius” belletristik memuarları ona fenomenal məşhurluq gətirib. O eyni zamanda "McSweeney's" nəşriyyat evinin təsisçisidir. Deyv Eggers Hollivudda ekranlaşdırılan və məşhur “Sfera” romanının müəllifidir. Kitab redaktoru və yeniyetmələr üçün yazar məktəbinin təsisşisi kimi tanınır. Onun ən məşhur əsərləri: "Sfera" (2014), "Padşah üçün holoqramm” (2014) “A Heartbreaking Work of Staggering Genius” (2007). Eggers 30 yaşında memuar dərc edir. “A Heartbreaking Work of Staggering Genius” Amerikanın aparıcı KİV-nə görə ən yaxşı kitab onluğuna düşüb. Deyv Eggers Selincer məktəbinin davamçısı adlandırılıb. Akin Eggers bununla razılaşmır. 2002-ci ildə Deyv bacısı Bet Eggersin xatirəsinə həsr olunan "Eggers You Shall Know Our Velocity" romanını nəşr etdirir. Ardınca non-fiction janrında bir neçə hekayə toplusu, uşaq povestləri və bir sıra nəşrlər işıq üzü görür. Deyv Eggers “Away We Go” (2009), "Where the Wild Things Are" (2009), "Promised Land" (2012), "Zeitoun" (2014) filmlərinin ssenari müəllifidir. Eggers “Away We Go” filminin ssenarisini həyat yoldaşı Vendela Vida ilə yazıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dave_Eggers