Demien Lüis

Demien Lüis

Aktyor, prodüser

BİOQRAFİYA

Demien Uotkin Lüis – britaniyalı aktyor və prodüserdir. “Hökmə barəbər həyat” dramında xəfiyyə Çarli Krüs və İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın hərbi kampaniyasından bəhs edən kəskin süjetli “Silah qardaşları” mini-serialında oynadığı mayor Riçard Uinters rolu ilə məşhurlaşıb. Yaradıcılıq arsenalında 45 televiziya və kino rolu yer alır. Son işi – tanınmış rejissor Qventin Tarantinonun “Birdəfə Hollivudda” adlı dramında Stiv Makquin roludur. Showtime telekanalında yayımlanan “Vətən” serialında oynadığı serjant Nikolas Broudi roluna görə iki dəfə (2011 və 2012) “Qızıl Qlobus” mükafatına namizəd olub, ikincidə mükafatı əlinə alıb. Bundan savayı 2012-ci ildə “Emmi” mükafatı laureatı olub. 2014-cü ildə Britaniya imperiyası ordeninin zabiti adını qazanıb. Aktyor 1971-ci ildə Londonda anadan olub. 4 iyul 2007-ci ildə aktrisa Helen Makkrori ilə ailə qurub. Onunla Almeyda teatrında tanış olublar. Cütlüyün 2007-ci ildə Qulliver adlı oğlu və 2008-ci ildə Manon adlı qızı doğulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8C%D1%8E%D0%B8%D1%81,_%D0%94%D1%8D%D0%BC%D0%B8%D1%8D%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç