Xuan Xose Kampanelya
Ssenarist, rejissor, prodüser
Xuan Xose Kampanelya – argentinalı kino və televiziya rejissoru, prodüser və ssenaristdir. Rejissorun “Onun gözlərindəki sirr” adlı lenti ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” mükafatçısı olub və IMDB versiyasına görə tarixin ən yaxşı 250 filminin siyahısına düşüb. Kampanelya 19 iyul 1959-cu ildə Buenos- Ayresdə anadan olub. Məktəbi bitirdikdən sonra universitetə daxil olub. Texniki ixtisaslardan biri üzrə 4 il ali təhsil alıb. Rejissorun xatirələrinə əsasən, beşinci kurs ərəfəsində Bob Fossun “Bütün bu cazz” filminə baxdıqdan sonra onun təəsüratı altında mühəndis karyerası ilə birdəfəlik vidalaşıb. İlk rejissor işi 1979-cu ildə “Milli Prioritet” adlı qısametrajlı film olub. Növbəti ilə ABŞ-a köçüb və Nyu-York Universitetinin Ali Məktəbinə daxil olub. Təhsilini başa vurduqdan sonra Amerikada müxtəlif kino layihələrinə dəvət olunub. “Rədd olsun it uşaqları” (1991), “Kriminal roman” (1997) filmlərinin çəkilişlərində iştirak edib. Həmçinin televiziya sahəsində müxtəlif işləri olur. Populyar “Doktor Haus” serialının yaradılmasında iştirak edib (2007-2010-cu illərdə 5 seriyasına rejissorluq edib. “Qanun və Qayda: Xüsusi Korpus” serialının 17 epizodunu, “Qanun və Qayda: Cinayət Niyyəti” serialının 2 epizodunu, “Studiya 30” serialının 1 epizodunu lentə alıb. 2006-cı ildə kral I Xuan Karlosun fərmanı ilə İspaniya vətəndaşlığı əldə edib. 2009-cu ildə Kampanelyanın “Onun gözlərindəki sirr” filmi “Oskar” mükafatı qazanıb. Bir neçə il Hollivud filmin motivləri əsasında onun cüzi fərqli cəhətləri olan remeykini istehsal edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: