Şabbir Ahluvalia
Aktyor, prodüser
Şabbir Ahluvalia 10 avqust 1979-cu ildə Mumbayda anadan olub. Atası siqh hindlisi anası katolikdir. Şifalı adlı bacısı və Samir adlı qardaşı var. Mumbayı St. Xavier məktəbini bitirib. Daha sonra ABŞ-a köçərək, Merilend Universitetində ali təhsil alıb. Ekranlarda debütünü 1999-cu ildə “Hip Hip Hurray” serialında gerçəkləşdirib. Bir neçə telelayihədə iştirakından sonra 2003-cü ildə “Kahiin To Hoga” serialının çəkilişlərinə başlayıb. Bir neçə il ərzində həmin serialda Rişi rolunda çıxış edib. Həmin rol aktyorun karyerasında həlledici olub və onun şöhrət qazanmasına kömək edib. Oynadığı rola görə çoxsaylı mükafatlar qazanıb. Bollivudda isə debütü 2007-ci ildə “Lokandvaledə atışma” filmində baş tutub. Şabbir eyni zamanda prodüser kimi fəaliyyət göstərir. “Dancing Queen", "Meethi Churi No.1", "Nach Baliye", "Guinness World Record" kimi verlişlərin aparıcısı olub. Xeyriyyə məqsədilə ASFC futbol komandasının tərkibində matçlara çıxır. Həmçinin “Mumbi Heroes” kriket komandasının üzvlərindəndir. 2010-cu ildə aktyor “Qorxu faktoru” şousunun 3-cü mövsümünün qalibi olub. 2014-cü ildə Şabbir yenidən televiziyaya qayıdıb. “Qadın payı” adlı serial çəkilib. Həmin serialda Abhi adlı rok-ulduz rolu hindistanlı aktyora fantastik uğur gətirib. Şəxsi həyatına gəlincə 2011-ci ilin noyabr ayında çoxdanın rəfiqəsi – aktrisa Kançi Kaulla ailə qurub. 23 iyul 2014-cü ildə cütlüyün Azai adlı övladları dünyaya gəlib. İkinci oğulları isə 2016-cı ildə doğulub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://tvnovella.ru/aktery-serialov/indijskie/shabbir-akhluvalia-shabbir-ahluwalia