Apurva Lakhia

Apurva Lakhia

Rejissor, ssenarist

BİOQRAFİYA

Apurva Lakhia – hindistanlı kinorejissordur. Hindistanın Əhmədabad şəhərində doğulub və boya-başa çatıb. Sənəvər şəhərinin Lourens məktəbində oxuyub. Bir müddət Nyu-Yorkda rejissorluq kurslarına getsə də, “Perez ailəsi” filminin çəkilişlərində Mira Nayra kömək etmək üçün tədris proqramını yarımçıq qoyub. “Buz qasırğası”, “İdeal qətl” və “Sevgi alüdəçisi” kimi reytinqli Hollivud filmlərində rejissor köməkçisi olub. Daha sonra həmyerlisi olan rejissor Aşutoş Qovarikerin epik “Bir vaxtlar Hindistanda” adlı filmində ikinci rejissor funksiyasını yerinə yetirib. Əmir Xan Hollivud təcrübəsi olan rejissor axtarır və Fərhan Əhtar ona məhz Apurvanı tövsiyə edir. O eyni zamanda “Kama Sutra: Sevgi hekayəsi” (1996) filminin çəkilişlərində ikinci rejissor vəzifəsində iştirak edib. Rejissor debütünü 2002-ci ildə “Se Aaya Mera Dost” adlı Bollivud filmi ilə gerçəkləşdirib. “Cangüdən” adlı ikinci tammetrajlı bədii filmi 2005-ci ildə işıq üzü görüb. Amitab Baççanın və Arcun Rampalın baş rolları oynadığı film 2004-cü ildə Hollivudun istehsal etdiyi “Alov İçində İnsan” filminin hind remeyki sayılır. 2013-cü ildə “Gecikmiş qisas” filminin (Zanjeer) remeykinə rejissorluq edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Apoorva_Lakhia

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç