Sancay Datt

Sancay Datt

Aktyor, prodüser

BİOQRAFİYA

Sancay Datt (ing. Sanjay Dutt) Hindistan kino aktyoru və prodüseri. Məşhur aktyorlar Nərgiz və Sunil Dattanın oğludur. Ən yaxşı kişi rolu və ən yaxşı komik kişi roluna görə Filmfare mükafatının sahibidir. Sanjay Datt 29 iyul 1959-cu ildə Nərgiz və Sunil Datta kimi məşhur aktyorların ailəsində anadan olub. Priya və Namrata adlı 2 kiçik bacısı var. Sancay ilk dəfə 1986-cı ildə Riça Şarma ilə evlənib, bu evlilikdən onların Trişala adlı qızları olub. Riça 1996-cı ildə beynindəki şiş səbəbilə rəhmətə gedib, onun valideynləri nəvələrinin qəyyumluğu atasına yox, məhz onlara verilməsi üçün əllərindən gələni edir. 1998-ci ildə Sanjay model Pe Pillai ilə evlənir, lakin 2005-ci ildə onlar boşanır. 11 fevral 2008-ci ildə Sanjay daha cox Manyata adı ilə məşhur olan Dilnavaz Şeyx ilə evlənir. 21 oktyabr 2010-cu ildə cütlüyün Şahran və İkr adlı əkiz övladı dünyaya gəlir. 1981-ci ildə çəkilən "Rokki" filminin senarisi xususi olaraq Sanjay Dattın Premyerası üçün yazılmışdı, lakin film uğur qazanmadı. Daha çox 1986-cı ildə Maheş Bxattın "Ad", "İzlənmə" (1991) və "Mənim Əzizim" ilə tanınır. 2009-2010 cu illərdə Sancay siyasətlə məşğul olur və "Samajvati partiyası"nın katibi seçilir. Bir müddətdən sonra Sancay siyasətdən uzaqlaşır. Sancay Dattın çəkildiyi filmlər: "Ad" (1986), "Mənim Əzizim" (1991), "İzlənmə", "Qəddar"(1993), "Gözəl"(1999), "Qondarma olmayan Hekayə (1999), "Munna qardaş-Xoşbəxtlik satıcısı"(2003), "Munna qardaş 2"(2006), "100 milyonun arxasında" (2007), "Uğurlar- Əyləncə başlayır" (2009).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Sancay_Datt

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç