Sancay Datt
Aktyor, prodüser
Sancay Datt 29 iyul 1959-cu ildə Nərgiz və Sunil Datta kimi məşhur aktyorların ailəsində anadan olub. Priya və Namrata adlı 2 kiçik bacısı var. Sancay ilk dəfə 1986-cı ildə Riça Şarma ilə evlənib, bu evlilikdən onların Trişala adlı qızları olub. Riça 1996-cı ildə beynindəki şiş səbəbilə rəhmətə gedib, onun valideynləri nəvələrinin qəyyumluğunu atasına yox, məhz onlara verilməsi üçün əllərindən gələni edir. 1998-ci ildə Sanjay model Pe Pillai ilə evlənir, lakin 2005-ci ildə onlar boşanır. 11 fevral 2008-ci ildə Sanjay daha cox Manyata adı ilə məşhur olan Dilnavaz Şeyx ilə evlənir. 21 oktyabr 2010-cu ildə cütlüyün Şahran və İkr adlı əkiz övladı dünyaya gəlir. 1981-ci ildə çəkilən "Rokki" filminin senarisi xususi olaraq Sanjay Dattın Premyerası üçün yazılmışdı, lakin film uğur qazanmadı. Daha çox 1986-cı ildə Maheş Bxattın "Ad", "İzlənmə" (1991) və "Mənim Əzizim" ilə tanınır. 2009-2010-cu illərdə Sancay siyasətlə məşğul olur və "Samajvati partiyası"nın katibi seçilir. Bir müddətdən sonra Sancay siyasətdən uzaqlaşır. Sancay Dattın çəkildiyi filmlər: "Ad" (1986), "Mənim Əzizim" (1991), "İzlənmə", "Qəddar" (1993), "Gözəl" (1999), "Qondarma olmayan Hekayə" (1999), "Munna qardaş-Xoşbəxtlik satıcısı"(2003), "Munna qardaş 2" (2006), "100 milyonun arxasında" (2007), "Uğurlar-Əyləncə başlayır" (2009). Ən yaxşı kişi rolu və ən yaxşı komik kişi roluna görə "Filmfare" mükafatının sahibidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: