Rik Broudi

Rik Broudi

Ssenarist, prodüser

BİOQRAFİYA

Rik Broudi – amerikalı yazıçı, ssenarist, musiqi və kino prodüseri və nəğməkar şairdir. 1980-ci illərdə Los-Ancelesdə şoubiznesin tanınmış prodüserlərindən olub. “Poison” qrupunun platin debüt albomuna prodüserlik edib. “Look What the Cat Dragged In” adlı həmin albom 1987-ci ildə Amerikada fantastik uğura imza atıb, oradakı mahnılar musiqi çartlarında ön sıralarda olub. 1987-ci ildə eyni zamanda "Faster Pussycat" – qrupunun debüt albomuna prodüserlik və aranjemançılıq edib. 90-cı illərdə prodüserlik etdiyi albomlar kommersiya uğuru qazanmayıb. Karyerası ərzində “Dogs Damours Straight”, finlandiyalı gitaraçı Endi Makkoy, amerikalı “Jetboy” qrupu, İngiltərənin “No Shame” adlı qadın qrupu və Los-Ancelesdə fəaliyyət göstərən “Flies on Fire” və “Kill For Thrills” qrupları ilə əməkdaşlıq edib. Musiqi prodüseri kimi fəaliyyətində “qara zolağın” uzanmasından sonra, karyerasını dəyişmək qərarına gəlir və “Ölsəm, itimi yedizdirin” adlı (1999) avtobioqrafik romanını yazır. Bir neçə dilə tərcümə olunmuş kitab 2012-ci ildə “Pis Rəftar” adlı altında ekran üçün adaptasiya olunub. 2014-cü ildə premyerası baş tutan filmdə baş rollara Selena Qomes, Net Vulf, Dilan Maldermott kimi tanınmış aktyorlar çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Ric_Browde

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç