Tim Qarrik
Rejissor, ssenarist, aktyor
Tim Qarrik 23 avqust 1970-ci ildə ABŞ-ın Ohayo şəhərinin Klivlend şəhərində doğulub. Dünya səyahətinə çıxmağı sevir, 50-dən çox ölkədə olub. Rejissor Baz Lurmanın heyranıdır. Fortepianoda ifa etməyi bacarır. Alman dilində səlis danışa bilir. Yaradıcılığına rejissor Jan-Pyer Jenutun böyük təsiri olub. 2003-cü ildə “Sneaux” müziklına görə “A. Weekly Theatre Award” mükafatına namizəd olub. Daha çox “Qəbz” (The Receipt, 2005), “Pis Rəftar” (Behaving Badly, 2014), “Orda kimsə var?” (İs Someone There?), “Leprekon” (Leprechaun, 1993) filmlərinə görə tanınır. Karyerası ərzində 5 filmin ssenaristi olub, 3 filmə rejissorluq edib, 2 filmdə epizodik rola çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: