Frederik Elms

Frederik Elms

Operator

BİOQRAFİYA

Frederik Elms 4 noyabr 1946-cı ildə Nyu-Cersi ştatının Mauntin-Leyks şəhərində anadan olub. Roçester Texnoloji İnstitutunda fotoqrafiya sənəti üzrə təhsil alıb. Daha sonra 1972-ci ildə Los-Anceles Kino İncəsənət Məktəbini bitirib. 1975-ci ildə isə Nyu-York Universitetinin kino və televiziya fakültəsinin məzunu olub. Onun Amerika Kino İncəsənət İnstitutundakı tanışı rejissor Devid Linç 1977-ci ildə onu “Pozan baş” filminin çəkilişlərinə dəvət edir. Layihənin uğurundan sonra Elms və Linç dueti sonuncunun daha iki filmində “Mavi məxmər” (1986) və “Çılğın ürək” (1990) filmlərində davam edir. Elms eyni zamanda Cim Carmuşemlə əməkdaşlığına görə tanınır. “Yerdəki gecə” (1991), “Qəhvə və siqaretlər” (1993), “Sınmış güllər” (2005) filmlərinin çəkilişlərində birgə iştirak ediblər. Rejissor Enq Li ilə isə “Buzlu külək” (1997) və “Halk” filmlərində əməkdaşlıq edib. Ən yaxşı operator işinə görə iki dəfə “Müstəqil Ruh” mükafatının laureatı olub. 1993-cü ildən Amerika kino operatorları cəmiyyətinin üzvüdür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BB%D0%BC%D1%81,_%D0%A4%D1%80%D0%B5%D0%B4%D0%B5%D1%80%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç