Co Hill

Co Hill

Ssenarist, aktyor, prodüser

BİOQRAFİYA

Cozef Hillstrom Kinq (Co Hill) 4 iyun 1972-ci ildə Men ştatının Banqore şəhərində məşhur amerikalı yazıçı Stiven Kinqin ailəsində doğulub. Uşaq yaşlarında Cozef “Qorxular kaleydoskopu” filmində çəkilib. Vassara kollecində ingilis filologiyasını öyrənir və 1995-ci ildə kolleci bitirdikdən sonra valideynlərin məsləhəti ilə ədəbiyyatşünas olmaq qərarına gəlir. Atasının məşhur soyadını hallandırmadan ədəbiyyat sahəsində müstəqil uğur qazanmaq məqsədilə özünə “Co Hill” ləqəbi seçir. Bir neçə il ərzində Co Hillin əsərləri yalnız «Subterranean Magazine», «Postscripts» və «The High Plains Literary Review» ədəbi jurnallarda və «The Mammoth Book of Best New Horror», «The Year’s Best Fantasy and Horror» fantastik antologiyalarda dərc olunub. 2005 ci ildə Con Hill «PS Publishing» Britaniya nəşriyyatını onun “20 əsrin kabusları” əsərlər toplusunu nəşr etməyi razı salır. Co Hillin əsərlər toplusuna 14 hekayə daxil edilib. Oxucuların rəğbətini qazanan toplu “Brem Stokker mükafatı”, “British Fantasy Award” və “International Horror Guild Award” mükafatlarını qazanıb. Co Hill 2006-cı ildə ən yaxşı fentezi janrında yazan yeni başlayan müəllif kimi “William L. Crawford Award” mükafatına layiq görülüb. 2007-ci ildə ABŞ-da Co Hillin “Ürək formasında qutu” ilk romanı işıq üzü görür və ona “ən yaxşı debüt romanı” nominasiyasında “Brem Stokker mükafatı”, “International Thriller Writers Inc award” mükafatlarını qazandırır. 2010-cu ildə yazıçının “Buynuzlar” adlı ikinci romanı işıq üzü görür. Onun növbəti “NOS4A2” romanın təqdimatı 2013-cü ilin may ayında baş tutub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B8%D0%BB%D0%BB,_%D0%94%D0%B6%D0%BE_(%D0%BF%D0%B8%D1%81%D0%B0%D1%82%D0%B5%D0%BB%D1%8C)

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç