Katalina Sandino Moreno

Katalina Sandino Moreno

Aktrisa

BİOQRAFİYA
Katalina Sandino 19 aprel 1981-ci ildə Kolumbiyanın paytaxt şəhərində baytar və patoloqanatom ailəsində anadan olub. Kolumbiyada aktyorluq məktəbində aktyorluq kurslarını bitirən Katlina Nyu-Yorka köçür. Həmin ili “Maria Full of Grace” filminin sınaq çəkilişlərində iştirak edir və 900 nəfər arasından seçilir. Sandinonun kinoda ilk rolu gənc aktrisaya “Oskar” mükafatı nominasiyası qazandırıb. Bu filmin çəkilişlərində o fotoqraf Devid Elvel ilə tanış olur və iki ildən sonra onunla ailə qurur. Qısa zamanda məşhurluq qazanan Katalina hal-hazırda Hollivudda ən tələb olunan aktrisalar siyahısındadır. O “Paris mən səni sevirəm” (2006), “Fastfud milləti” (2006) və “Çe” bioqrafik dramında çəkilib. Sonuncu filmdə Sandino Moreno kubalı inqilabçı Aleyda Marçı canlandırıb. 2010-cu ildə Katalina “Alatoran. Saqa. Zülmət” saqasının davamında çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Catalina_Sandino_Moreno

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç