Von Bin
Aktyor, model
Von Bin 10 noyabr 1977-ci ildə Cənubi Koreyanın Çonson şəhərində anadan olub. Uşaqlığı Çonsonun şimalında yerləşən balaca kənddə boya başa çatıb. Beş övladlı ailənin sonbeşiyidir. Atası mədənçi, anası isə fermer olub. Hazırda hər ikisi təqaüdə çıxıb. Kənddə böyüyən əksər uşaqlar kimi onunda da günləri həmyaşıdları ilə dağda-meşədə və çay sahillərində keçib. “Evə hava qaralanda üz-gözüm çirkin içində qayıdardım” deyə aktyor uşaqlıq illərini təsvir edərkən bildirib. O utancaq, introvert və sakit təbiətli biri olub və xarakterinin bu xüsusiyyətləri indiyə kimi qalıb. Dinməz uşaq olsa da, yüngül atletikada möhtəşəm nəticələr göstərib. Von Bin taekvondo illə məşğul olmağa başlayır və 3-cü dan qara kəmərə qədər yüksəlir. Uşaqlıq illərində avtomobil və maşın yarışlarına olan marağına görə avtomexanik olmağı arzulayırdı. Von Bin Çunçon Texnologiya və Texnika Ali Məktəbini bitirib. Orada avtomobil təmiri və texnikası üzrə nəzəri və praktiki bilgilər toplayıb. Ancaq 1995-ci ilin noyabr ayında həyatında mühüm hadisə baş verir. Yerli kabel telekanalı yeni aktyorlar işə götürməyə başlayıb. Heç bir ciddi planlar qurmadan, elə-belə kastinqlərə qatılan Von Bin dinləmələrdən uğurla keçir və aktyorluq sənəti üzrə dərslərə cəlb olunur. Təhsil aldığı müddətdə həm də bir neçə serialda çəkilmyəə başlayır. Növbəti ay Von Bin artıq aktyor agentliyi ilə müqavilə bağlayır. Von Bin böyük ekranlarda “Silahlar, Boş-boş Söhbətlər və Mənim Qardaşım” filmi və Koreya müharibəsindən bəhs edən “38-ci paralel” (2004) adlı filmdə oynadığı rollara görə məşhurlaşıb. Sonuncu film onun beynəlxalq miqyasda tanınmasına şərait yaradıb. Oynadığı rol tənqidçilərin rəğbətini, tamaşaçıların sevgisini qazanır. İctimai sorğuya əsasən, həmin filmi faktiki olaraq Cənubi Koreyanın hər dörd vətəndaşından biri izləyib. 2005-ci ildə ali təhsil ocağından məzun olduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Öz istəyi əsasında hərbi xidmətini Koreyanın Demilitarizasiya zonasında keçib. Həmin məkan ön cəbhə olduğundan ən təhlükəli hərbi məntəqələrdən sayılır. 2006-cı ildə Von Bin ordudan vaxtından əvvəl təxris olunur. Buna səbəb aktyorun dizindən aldığı xəsarətin sağalmaması ilə əlaqədardır. Von Bini əməliyyat edirlər və o 7 iyun 2006-cı ildə rəsmən hərbi xidməti başa vurub. Əməliyatdan sonra aktyorun reabilitasiyası bir ildən çox çəkib. Aktyor Li Na Yonla evlidir. Bir qardaşı və üç bacısı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%BE%D0%BD_%D0%91%D0%B8%D0%BD