Çan Don-Qon
Aktyor
Çan Don-Qon – cənubi koreyalı aktyor və musiqiçidir. 7 mart 1972-ci ildə C. Koreyada anadan olub. Uşaqlığı Seulun Yonsan-qu rayonunda keçib. Məktəbi bitirdikdən sonra Koreya Milli İncəsənət İnstitutunda ali təhsil alıb. Ancaq buraxılış işi ərəfəsində institutunu atıb. Çan aktyor debütünü MBC telekanalının “Bizim Cənnət” adlı dramında gerçəkləşdirib. Həmin rola görə “Mavi Əjdaha” mükafatına layiq görülüb. İkinci “Mavi Əjdaha” mükafatını isə “Gizlənməyə yer yox” filmində canlandırdığı polis obrazına görə əldə edib. 2000-ci ildə Koreyanın həmin illər ən yüksək kassa gəlirli “Dost” filminə çəkilir. Filmdə mafiyaya qoşulan problemli orta sinif şagirdi rolu ilə tənqidçilərin müsbət rəyini qazanıb. Həmin rol onun Koreya müharibəsindən bəhs edən və kassa rekordlarını qıran yüksək büdcəli “38-ci paralel” filmində iştirakına şərait yaradır. Qardaşlardan birini oynayan aktyor, filmin hesabına sayca üçüncü “Mavi Əjdaha” heykəlciyinə yiyələnir. Onun “And” adlı (2005) çin filmində oynadığı rolda karyerasının ən uğurlu rollarından sayılır. Çan koreyalı aktrisa Ko Son-yonla evlidir. 2010-cu ildə paytaxt Seulun çoxulduzlu Silla otelində izdivaca daxil olublar. Toya qədər 18 il vətəndaş nikahında olublar. Cütlüyün 2011 təvəllüdlü oğlu və 2014-cü il təvəllüdlü qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B0%D0%BD_%D0%94%D0%BE%D0%BD_%D0%93%D0%BE%D0%BD