Kan Ce-Qü
Rejissor, ssenarist, prodüser
Kan Ce-Qü 23 dekabr 1962-ci ildə Cənubi Koreyanın Anyanq şəhərində anadan olub. Kinoda daha çox “38-ci paralel” (2004), “Şiri” (1999), “Mənim yolum” (2011) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına əsasən karyerası ərzində 11 filmə ssenari yazıb, 7 filmə rejissorluq edib, 5 filmin prodüseri olub. ÇunAnq Universitetini bitirdikdən sonra 1991-ci ildə Koreya Gənclik Kinofestivalında və Koreya Ssenari Mükafatları tədbirlərinin qalibi olub. Cənubi Koreya kinematoqrafiyasına verdiyi ən böyük töhfələri “Şiri” və “38-ci paralel” filmləri sayılır. Sonuncu, Koreya müharibəsindən bəhs edir və ölkənin ən iri büdcəli və yüksək gəlirli blokbasterlərindən sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: