Kerri Foks

Kerri Foks

Aktrisa, ssenarist

BİOQRAFİYA
Kerri Foks 30 iyul 1966-cı ildə Yeni Zelandiyanın Vellinqton şəhərində anadan olub. Teleserialda epizodik rolla başlayan aktrisanın kinoda debütü 1990-cı ildə yeni zelandiyalı rejissor Ceyn Kempionun çəkdiyi “Masa arxasında mələk” dramı olub. Bu film yazıçı Cenet Freym avtobioqrafiyasının ekranizasiyasıdır. Baş rolda çəkilən Kerri yaşlı Cenet obrazını ifa edib. Kerri Foks tənqidçilərdən müsbət rəy alaraq, bır sıra kino festivallarında mükafat alıb. Kerri 1993-cü ildə Deni Boylun “Mister Ro-nun bakirələri” mini-serialında çəkilir. Bir il sonra o, Yuen Makqreqor və Kristofer Ekkleston ilə birlikdə Denni Boylun debüt işi olan “Dayaz məzar” filmində çəkilir və bu rol ona şöhrət qazandırır. Növbəti dörd il ərzində aktrisa televiziya seriallarında və Avstraliya istehsalı olan bir neçə filmdə çəkilir. 1998-ci ildə Po-Çin Leonqun “Timsahların müdrikliyi” filmində ikinci dərəcəli rolda çəkilib. Baş rollarda Cud Lo və Elina Levenson çəkilib. Kerri üçün növbəti uğurlu iş “İntim” dramı olub. 2001-ci ildə "Ən yaxşı qadın rolu"na görə o, “Gümüş şir” mükafatına layiq görülür. 2009-cu ildə Ceyn Kempionun “Parlaq ulduz” filmində Kerri baş qəhrəmanın anasını canlandırıb. Həmin ildə Hans-Kristian Şmidin “Fırtına” filmində baş rolda çəkilib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Kerry_Fox

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç