Devid Obörn
Ssenarist, dramaturq, yazıçı
Devid Obörn 1969-cu ildə ABŞ-ın Çikaqo şəhərində Mark və Sendi Obörnün ailəsində anadan olub. Uşaqlığı Ohayo ştatında keçib. 13 yaşında valideynləri ilə birgə Arkanzas şəhərinə köçüb. Orada atası Arkanzas Universitetinin humanitar və dəqiq elmlər kollecinin dekanı işləyib. Anası isə qocalara qayğı proqramında çalışıb. Devid yuxarı siniflərdə yerli teatr truppalarında texniki işçi, o cümlədən işıqlandırma üzrə mütəxəssis kimi işləməyə başlayıb. 1987-ci ildə Çikaqo Universitetinə daxil olub. Orada tələbə teatr truppası üçün ssenarilər, həmçinin “Chicago Maroon” universitet qəzeti üçün teatr resenziyaları yazmağa başlayıb. 1991-ci ildə ingilis dili ədəbiyyatı üzrə bakalavr dərəcəsi əldə edib. Daha sonra Amblin Entertainment prodüser şirkəti tərəfindən təhsili üçün illik təqaüdlə Nyu-Yorka köçür və Culyard İncəsənət Məktəbinə daxil olur, iki il müddətində dramaturgiya kurslarında iştirak edir. Orada Marş Norman və Kristofer Duranq kimi tanınmış müəllimləri olub. Pulitzer mükafatı, “Toni” mükafatı və Nyu-York Teatr Tənqidçiləri Cəmiyyəti mükafatının laureatıdır (“Sübut” pyesinə görə). 1999-cu ildə Obern Frensiz Rozenfeldlə ailə qurub. Ər-arvad Manhetten şəhərində yaşayır. 1997-ci ildə Obörn “Göydələn” adlı ilk pyesi ilə qeyri-Brodvey teatrında debütünü gerçəkləşdirir. Onun “Hansı gələcəyə inanırsınız” adlı qısa pyesi Harpers Magazine jurnalında dərc olunub və daha sonra ekran üçün adaptasiya edilib. 2000-ci ildə Obörnün “Sübut” adlı yeni pyesi tamaşaya qoyulur. Tamaşanın premyerası ManhettenTeatr klubunda baş tutur, ardınca isə Brodveyin “Uolter Kerr adına teatrında” 2 ildən çox nümayiş olunur. 2001-ci ildə dramaturq həmin əsərə görə bir sıra mükafatlar, o cümlədən “Pulitzer” mükafatı, “Toni” mükafatı, Nyu-York Teatr Tənqidçiləri Cəmiyyətinin mükafatını qazanır. Pyes sonradan müəllifin özü tərəfindən ekran üçün adapatasiya edilir və ssenari şəklinə gətirilir. “Sübut” pyesinin və ssenarisinin ardınca Kianu Rivz və Sandra Bullokun baş rollara çəkildiyi “Göl kənarındakı ev” adlı filmə ssenari yazır. 2006-cı ildə isə öz yazdığı ssenari əsasında çəkdiyi “Parkdakı qız” adlı filmi ilə rejissor debütünü həyata keçirir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%B1%D0%B5%D1%80%D0%BD,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4