Alexandro Aqresti
Rejissor, ssenarist, prodüser, operator
Alexandro Aqresti 2 iyun 1961-ci ildə Buenos-Ayresdə (Argentina) anadan olub. İtaliyalı mühacirlərin nəslindəndir. Kino sənayesi ilə yanaşı xeyli müddət televiziyada çalışıb. Rejissor debütünü “Zoopark və məzar” (1978) adlı qısametrajlı lentlə gerçəkləşdirib. Sonra Niderlanda köçərək orada fəaliyyətini davam etdirib. “Valentin” (2002) filminin ona uğur qazandırmasından sonra Hollivuda dəvət olunur. 2004-cü cü ildə “Elə də pis dünya deyil” filminə rejissorluq edir. 2006-cı ildə Kianu Rivz və Sandra Bullokun iştirakı ilə “Göl kənarındakı Ev” filmini lentə alır. Daha sonra isə “Biz heyvan deyilik” (Diktablanda) adlı filmi ekranlara çıxır. “Ditablanda” (2013), “Valentin” (2002), “Fuera” (1998) filmlərinin çəkilişi və səsləndirilməsində iştirak edib. “Baş-ayaq Buenos-Ayres” (1996), “El hombre que ganó la razón” (1986) filmlərinə musiqi bəstələyib. “Diktablanda” (2013), “The Master and His Pupil” (2003), “Sahara Sendviçi” (1991) və digər filmlərin çəkilişində operator qismində iştirak edib. “Elə də pis dünya deyil” (2004), Wind with the Gone (1998), “La cruz” (1997) filmlərinə prodüserlik edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: