Erik Tsan
Aktyor
Erik Tsan 14 aprel 1953-cü ildə Honkonq dövlət qulluqçusu San Kayvinin ailəsində dünyaya gəlib. Atası 1940-1972-ci illərdə Hon-konq kral polis qüvvələrində xidmət edib, həmçinin peşəkar səviyyədə futbolla məşğul olaraq, gənclər komandasının məşqçisi vəzifəsinə yüksəlib. Korrupsiyada ittiham olunduqdan sonra 1976-cı ildə Honkonqdan qaçıb və ömrünün sonuna kimi Tayvanda qalıb. Erik Tsan Müq Fransisk Ksaveriya adına kollecdə oxuyub. Gənc yaşlarında futbolla məşğul olub, aldığı ciddi xəsarətdən sonra peşəkar karyerasına son qoymağa məcbur olub. Kinematoqrafiyaya kaskadyor qismində gəlib. “14 amazon” adlı döyüş filmində epizodik rol alıb. Beş il ərzində epizodik və ya kütləvi səhnə rollarına çəkilib. Sonradan qanqster filmlərində ikinci dərəcəli mənfi obrazları canlandırmağa başlayıb. Bir müddət komediya və döyüş-komediya janrlarında olan filmlərə çəkilib. 1978-ci ildən bəri rejissorluqla məşğul olmağa başlayır “Çılğın missiya” və “Xoşbəxt ulduzlar” kimi reytinqli filmləri lentə alır. 80-ci illərin ortalarından prodüserlik fəaliyyətinə üstünlük verib. Kinematoqrafdan savayı, TVB teleşirkəti ilə sıx əməkdaşlıq edir. Bir sıra əyləncə proqramlarının o cümlədən Super Trio və “Miss Honkonq” gözəllik müsabiqəsinin aparıcısıdır. TVB telekanalında bir çox tədbirlərin və proqramların aparıcısı olub. Ən yaxşı kişi rolu və kinematoqrafiyadakı xidmətlərinə görə bir neçə Asiya kinomükafatı laureatıdır. Honkonqun Şərəf Xiyabanında adını daşıyan ulduz lövhəsi var. Üç dəfə evli olub. Dörd uşaq atasıdır. İlk nikahdan olan böyük qızı Boui Tsan Tayvanda madopop janrının ifaçısı kimi məşhurlaşıb. İkinci nikahdan olan oğlu Derek Tsan atasının yolu ilə gedərək aktyor və rejissor olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A6%D0%B0%D0%BD,_%D0%AD%D1%80%D0%B8%D0%BA