Cordan Çan

Cordan Çan

Aktyor

BİOQRAFİYA
Çan Siu-Çun (kinoda - Cordan Çan adı ilə tanınır) Honkonqlu aktyor və müğənnidir. Çinin Xalq Siyasi Müşavirə Konfransının Hoyjo komittəsinin üzvüdür. 8 iyul 1967-ci ildə Honkonqda anadan olub. 1985-ci ildə "TVB Dancers" rəqs kurslarına gedib. Kursları başa vurduqdan sonra bir neçə studiya ilə əməkdaşlığa başlayıb, müğənnilər və musiqi qrupları ilə rəqqas olaraq qastrol konsertlərində iştirak edib. Alan Tam, Leslie Cheung, and Anita Mui kimi çinli ulduzlarla birgə işləyib. Daha sonra özü prodüserin dəvəti ilə müğənnilik etməyə başlayıb. Kinoda daha çox “Bio Zombi” (1998), “Gənc və Təhlükəli” (1996) və “Esktremal ötüşmələr” (2005), “İp Mən: Sonuncu döyüş” filmlərində oynadığı rolları ilə yadda qalıb. Aktyor olaraq ümumilikdə 91 televiziya və bədii filmdə rol alıb. Son rolları 2018-ci ildə “Qızıl tapşırıq” filmi və “OCTB” adlı serialda oynadığı rollar sayılır. Kinoda aktyor debütünü “Twenty Something” adlı filmdə gerçəkləşdirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0150952/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç