Cillian Çun
Aktrisa, müğənni
Cillian Çun 21 yanvar 1981-ci ildə Honkonqda anadan olub. Bir yaşında olanda atası dünyasını dəyişib. Çun orta məktəbdə oxuduğu illərdə anası ikinci dəfə evlənib. O, "True Light" adlı orta məktəbi bitirib, bir müddət Avstraliyanın Melburn şəhərinin TAFE İnstitutunda ali təhsil alıb. Cillian ingilis adını məktəb illərində özünə götürüb. Kinoda daha çox “Əkizlər” (2003), “Qəzəb Evi” (2005), “İp Mən: Sonuncu döyüş” (2013) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 42 televiziya/bədii film və serialda rol alıb. “Twins” qrupunun üzvüdür. 2006-cı ildə Malaziyada verdiyi konsert zamanı səhnə arxasına sıvışan paparazzi geyinib-soyunma otağında onun çılpaq şəklini çəkir. Honkonqun "Easy Finder" jurnalı həmin şəkillərdən birini üz qabığına çıxarır. Ceki Çan və Endi Lau kimi ulduzlar jurnalın bu hərəkətini qətiyyətli şəkildə pisləyir. İctimai qınaqlardan sonra, jurnal məhkəməyə verilir. Jurnalın nəşriyyatçısı “Next Media” holdinqi ictimai şəkildə üzrxahlıq edərək, neqativləri aktrisaya qaytarır. 2018-ci ilin fevral ayında Çun İnstaqram səhifəsində brilyant qaşlı üzüyünü göstərərək, Maykl Lay ilə nişanlandığını elan edib. Cütlük 2018-ci ilin may ayında münasibətlərini rəsmiləşdirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: